"Bu gün sürücülük məktəbinin qarşısında mitinq yox, piket keçirildi. Bu piketlə də Milli Şuranın fatihəsi oxundu".Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilmiş aksiyasını şərh edərkən deyib.S. Novruzov bildirib ki, bu gün keçirilmiş aksiya ilə “Milli Şura adlı bir qurumun yekunlaşıb”: “Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də öz müdrikliyini göstərdi və bu cür insanlara, ümumiyyətlə, ehtimad göstərmədiyini sübut etdi. Bundan əvvəl müxalifətin bu məkanda bir mitinqi oldu, orada təxminən 800 nəfər yığışmışdı, bu gün isə heç onun yarısı da olmadı. İstər təşkilati baxımdan, istər keçirilmə səviyyəsindən, ümumiyyətlə, bütün cəhətlərinə görə, bu piket, müxalifətin indiyə qədər keçirdiyi ən aşağı səviyyəli aksiya oldu”.