‘Milli Şuranın icazəli mitinqi siyasi təşkilatların məğlubiyyət aksiyasıdır’
SİYASƏT
17:23 19.08.2013
1366
"Milli Şuranın icazəli mitinqi son 20 ildə Azərbaycanın siyasi olimpində yer almış siyasi təşkilatların məğlubiyyət aksiyası idi".AZXCEBER.COM-un Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şuranın 18 avqust mitinqinə münasibət bildirərkən deyib.Ə.Əliyev qeyd edib ki, istənilən siyasi quruma qiyməti xalq verməlidir: "Bu mitinq əyani sürətdə göstərdi ki, həmin müxalif partiyaların liderləri nəinki xalqı, heç özlərini də xilas etmək iqtidarında deyillər. Xalqın onlara dəstək göstərməməsi bir daha sübut etdi ki, Azərbaycan cəmiyyətinin yeni müxalifətə, yeni davranış tərzinə söykənən, yeni prinsiplərlə mübarizə aparan təşkilata ehtiyacı var".VİP sədri hesab edir ki, zamanı yetişəndə, proseslər faydalı yön alacaq, Prezident seçkiləri isə Azərbaycanda siyasi güclərin təzələnməsi üçün həlledici mərhələ olacaq: "Proseslər bir daha sübut etdi ki, Azərbaycan xalqı yenidən müstəmləkə boyunduruğu altına girmək istəmir və Milli Şuranın aksiyasına xalqın dəstək verməməsi Moskva layihəsinə göstərdiyi təpki idi. Bununla cəmiyyət Azərbaycan dövlətçiliyinin inkişaf vektorunu nümayiş etdirdi".