“Sonra qərar verəcəyik”.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞİH mitinqin mayın 3-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verməyib:
“Həmin gün başqa tədbirin keçiriləcəyi göstərilib. Əvəzində mayın 2-də mitinq keçirmək təklif olunub. Biz təkliflə bağlı müzakirə aparıb, sonra qərar verəcəyik”.