Milli Şuranın son ümid yeri: İŞİD - FOTOLAR

SİYASƏT
21:31 12.10.2014
2061

Müxalifətçi Milli Şura bu gün mitinq keçirib.

AZXEBER.COM Virtualaz-a istinadən xəbər verir ki, mitinq “siyasi məhbuslar”a dəstək məqsədi daşıyıb.

Aksiya başlamazdan əvvəl iştirakçılar “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda toplaşıblar. Mitinq iştirakçıları stadiona buraxılmazdan əvvəl minaaxtaranlar və kinoloqlar stadionda partlayıcı və ya təhlükəli maddələrin olub-omadığını öyrənmək üçün axtarış aparıblar. Saat 15:00-da iştirakçılar minaaxtaran qurğu ilə yoxlanılaraq stadiona buraxılıblar.

Milli Şuranın sədri Cəmil Həsənlinin etirazına baxmayaraq, Müsavat Partiyası da mitinqdə iştirak edib. Milli Şuranı mitinqdə Müsavat Partiyasının indiki başqanı Arif Hacılı, qardaşı Mustafa Hacıbəyli, həmçinin Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər təmsil ediblər. Bundan başqa, mitinqdə AXP sədri Pənah Hüseyn və başqa tanınmış müxalifətçilər də iştirak ediblər.

Qeyd edək ki, aksiya zamanı gözlənilməz hadisə də baş verib. Belə ki, müxalifətçilər aksiyada Avropa İttifaqı və Azərbaycan bayraqlarını qaldırdıqları zaman, iştirakçılar arasından 3 nəfər “İraq-Şam İslam Dövləti” (İŞİD) sələfi-vəhhabi terror qruplaşmasının bayrağını qaldırmağa cəhd edib. Lakin müxalifətçilər bu adamları özləri tutaraq polisə təslim ediblər.

OXŞAR XƏBƏRLƏR