Milli Şuranın vahid namizədi böhranı: kim kimi dəstəkləyir?

Milli Şuranın vahid namizədi böhranı: kim kimi dəstəkləyir?
SİYASƏT
14:13 20.06.2013
1662

Milli Şuranın vahid namizədinin Müsavat başqanı İsa Qəmbər olacağı ilə bağlı fikirlər səsləndirilsə də, Müsavat Partiyasından bu fikirlərin əsassız olduğu bildirilib.

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə açıqlamasında deyib ki, İsa Qəmbər Milli Şuranın vahid namizədi olacağı ilə bağlı fikir səsləndirməyib: "Mən İsa Qəmbərin verdiyi bəyanatı əsas götürürəm. İsa Qəmbər özü dedi ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olmalıdır. Bundan başqa mətbuatda yayılan fərziyyələr, ehtimallar, kiminsə təxminləri əsassızdır. Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına İsa Qəmbər özü razılıq verib".

Lakin Əlisoy Rüstəm İbrahimbəyovun vahid namizəd olması üçün onun Azərbaycanda olmasının vacibliyini vurğulayıb: "Təbii ki, qiyabi olaraq vahid namizəd seçilməyəcək. Vahid namizəd Azərbaycanda olmalıdır. Mən də hesab edirəm ki, Rüstəm İbrahimbəyov belə çox məsuliyyətli bir yükün altına giribdisə, iddiası varsa, Azərbaycana gəlməlidir. Bu ciddi söhbətdir, zarafat, oyun deyil".

Bununla yanaşı Əlisoy Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi halda İsa Qəmbərin də namizədliyini istisna etmir: "Təbii ki, İsa Qəmbər də məqsədəuyğun namizəd olardı, ancaq bu, Milli Şurada həll olunmalı bir məsələdir".

Əlisoy hesab edir ki, Milli Şura vahid namizədi müəyyən edə bilməsə təşkilatın bir mənası olmayacaq: "Milli Şuranın vahid namizədi mütləq olmalıdır, əgər olmasa Milli Şuranın bir anlamı olmayacaq".

Milli Şurada təmsil olunan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da təmsil etdiyi partiyanın Rüstəm İbrahimbəyovu dəstəklədiyini diqqətə çatdırıb.

Temirxan Trend-ə açıqlamasında bildirib ki, bu gün Milli Şuranın prezidentliyə ən optimal namizədi Rüstəm İbrahimbəyovdur: "ALP lideri Lalə Şövkətin vahid namizədlik iddiasından əl çəkməsi təsadüfi deyil. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olacaq".

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə İsa Qəmbərin namizədliyini məqsədəuyğun sayır. Hüseyn Trend-ə açıqlamasında bildirib ki, hazırda aparılan müzakirələrdə Milli Şuradan prezidentliyə namizəd kimi daha çox Rüstəm İbrahimbəyovun adı çəkilsə də, o, İsa Qəmbərin namizədliyini müdafiə edəcək.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hesab edir ki, Rüstəm İbrahimbəyov ümumiyyətlə Azərbaycana gəlməyəcək.

Əliyev Trend-ə bildirib ki, əvvəla ona görə ki, Rüstəm İbrahimbəyov həbs olunmaqdan ehtiyatlanır, çünki faktiki olaraq o, atdığı addımları ilə özünü Azərbaycan üçün "arzuolunmaz şəxs" elan edib: "İkincisi isə layihənin müəllifləri Rüstəm İbrahimbəyovun namizədliyindən daha çox siyasi fiqurun namizəd olmasında maraqlıdırlar".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək