Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayır.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 19:00-da Almaniyanın “Hauenstein” klubu ilə qarşılaşacaq.
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar komandamızın üzvləri meydana qara sarğı ilə çıxacaqlar.