Milliət vəkilləri BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi ilə görüşdülər - FOTOLAR

Milliət vəkilləri BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi ilə görüşdülər -  FOTOLAR
Siyasət
16:00 24.10.2013
2147

24 oktyabr BMT günü münasibətilə millət vəkillləriBMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin ilə görüşüblər.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova və MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın AŞPA-da və Avronestdə nümayəndə heyətinin üzvü Qənirə Paşayeva 24 oktyabr BMT günü münasibətilə BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin ilə görüşüblər.

BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekini 24 oktyabr - BMT günü münasibətilə təbrik edən Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova və millət vəkili Qənirə Paşayeva Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə bütün istiqamətlərdə əməkdaşlığa böyük önəm verdiyini deyiblər. Görüşdə Azərbaycanın BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin mühüm hadisə olması qeyd olunub və Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə bütün istiqamətlərdə əməkdaşlığının daha da genişlənməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyi və Azərbaycan dövləti tərəfindən bu layihələrin reallaşmasına böyük dəstəyin göstərildiyi bildirilib. BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı qəbul edilən 4 qətnamənin yerinə yetirilməsinin vacibliyi millət vəkilləri tərəfindən vurğulanıb. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən bu qətnamələrə əməl olunmamasının ağır nəticələri, Beynəlxalq hüquq prinsiplərinə Ermənistanın məhəl qoymaması xüsusi qeyd edilmişdir. Məlum qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət ifadə olunur. Öz yurd yuvalarından qovulmuş Azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ təsdiqlənmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı BMT-nin bu sahədə fəaliyyətinin canlanmasına böyük ümid bəsləyir.

BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin təmsil etdiyi qurumun Azərbaycan ilə bütün istiqamətlərdə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın getdikcə daha da genişlənməsinin və Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlərindən biri kimi seçilməsinin təqdirəlayiq olduğunu deyib. Görüşdə BMT-nin Azərbaycanda həyata keçirdiyi layihələrdən, Azərbaycanda sosial problemin səmərəli həllindəki nailiyyətlərdən, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasının əsas müddəalarından bəhs edilmişdir.

Görüşdə həmçinin qadın haqları, məişət zorakılığına qarşı mübarizə, qızların təhsil almaq hüquqları və digər qarşılıqlı maraq doğuran məsələlər və gələcəkdə həyata keçirilməsi vacib olan bir sıra maraqlı layihələr ətrafında da fikir mübadiləsi aparılmışdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA