Milli komandaların canlı FİFA reytinqində yerdəyişmələr olub.
AZXEBER.COM İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığmasının da mövqeyi dəyişib.
Buna Albaniya ilə Macarıstanda keçirilən yoldaşlıq oyunu səbəb olub. Arif Əsədovun başçılıq etdiyi milli 1:3 hesabı ilə uduzub.
İki top fərqi ilə uduzan komanda 2 pillə də geriləyib. Millimiz onlayn sıralamada 1174,65 xalla dünyanın 114-cüsüdür.
Yığmamız Albaniya ilə görüşdə 3,18 xal itirib. Nəticədə Vyetnam və KXDR millimizi keçib.
Qeyd edək ki, komandamız növbəti matçını iyunun 11-də Qazaxıstana qarşı keçirəcək.