Avropa Oyunları Parkında Airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.
AZXEBER.COM xəbər verir ki, yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələn Azərbaycan millisi finala yüksəlib.
Komanda həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşacaq. Final qarşılaşması bu gün saat 20:30-da başlayacaq.