Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıqları davam etdirir. AZXEBER.COM-un azerisport.az saytına istinadən xəbər verir ki, komandamız hazırlığın növbəti mərhələsini İstanbulda keçirəcək.Faiq Qarayevin yetirmələri bu məqsədlə qardaş ölkəyə yola düşüb. Millimiz burada bir yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqibin “Beşiktaş” klubu olması gözlənilir.