Millimiz darmadağınla üzləşdi

İDMAN
11:15 05.01.2012
1513

U-19 Sankt-Peterburqda Finlandiya yığmasına yenilib

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirə start verilib. 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandası ilin ilk görüşündə Finlandiya futbolçulari ilə qarşılaşıb. Nəticədə Vəli Qasımovun yetirmələri darmadağınla üzləşib. Matçın 22-ci dəqiqəsində qapısında qol görən millimiz 7 dəqiqə sonra azlıqda qalıb. Hər şey elə bundan sonra başlayıb. Düzdür, rəqib ilk hissədə fərqi artıra bilməyib. Lakin finlandiyalılar fasilədən sonra daha 6 qol vuraraq, 7:0 hesabı ilə qalib gəlib.

OXŞAR XƏBƏRLƏR