Millimiz yoldaşlıq oyunu keçirib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, «Əl Şabab» klubu ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Əbdül Əliyev, Elvin Quliyev və Hikmət Bağırov fərqlənib.