Millimiz FİFA reytinqində irəlilədi - SİYAHI

İDMAN
14:27 06.06.2013
1462

Yığma komandaların növbəti reytinq cədvəli açıqlanıb.

FİFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. AZXEBER.COM-un qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan millisi yeni siyahıda 118-ci yerdədir. Millimiz ötən aykı yerindən iki pillə irəliləyib. Hal-hazırda komandamızın 291 xalı var. Azərbaycan seçmə mərhələdə rəqiblərindən yalnız Lüksemburq yığmasını qabaqlayır. Lüksemburq 186 xalla 145-ci, Şimali İrlandiya 304 xalla 116-cı, Portuqaliya 1137 xalla altıncı, İsrail 540 xalla 62-ci, Rusiya 1059 xalla 11-ci yerdə qərarlaşıb. Reytinq cədvəlində İspaniya millisi başçılıq edir. İlk onluq belədir: 1. İspaniya (1614 xal), 2. Almaniya (1416), 3. Argentina (1287), 4. Xorvatiya (1222), 5. Hollandiya (1158), 6. Portuqaliya (1137), 7. Kolumbiya (1123), 8. İtaliya (1097), 9. İngiltərə (1095), 10. Ekvador (1066).

OXŞAR XƏBƏRLƏR