Millimiz qalib gəldi

İDMAN
01:50 24.02.2015
1318
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

AZXEBER.COM AFFA-nın saytına istinadən verdiyi məlumata görə, yığmamız Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb.

Oyun millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qələbə qollarını Taşkın İlter və Azər Salahı vurub.

OXŞAR XƏBƏRLƏR