Millimiz Qazaxıstanı darmadağın etdi - 3:0

İDMAN
22:07 25.09.2022
469
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.

Qrupdakı son oyunda millimiz böyükhesablı qələbəyə sevinib.

Qazaxıstanın qapısından üç cavabsız top keçirən yığmamız qrup mərhələsini 10 xalla və ikinci pillədə başa vurub.

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqlənib, daha bir qolu isə Maroçkin öz qapısına vurub.

Qeyd edək ki, Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.
OXŞAR XƏBƏRLƏR