FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində irəliləyiş olub.Millimiz 222 xalla 131-ci pillədə qərarlaşıb. Millimiz bir ayda 5 pillə birdən irəliləyib. Reytinq cədvəlinin ilk pilləsində isə Almaniya yığmasıdır (1729 xal). Argentina 2-ci (1534 xal), Kolumbiya 3-cü (1456 xal) pillədə qərarlaşılb.Sonrakı yerləri Belçika (1430), Hollandiya (1385), Braziliya (1333), Portuqaliya (1189), Fransa (1168), Uruqvay (1146) və İspaniya (1144) qərarlaşıb.