Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcək.
AZXEBER.COM-un Azərbaycan Futbol Federasiyasına istinadla verdiyi məlumata görə, qarşılaşma Avro-2016-nın seçmə mərhələsinə hazırlıq məqsədilə baş tutacaq.
Millimiz bu il Braziliyada təşkil olunmuş dünya çempionatının iştirakçılarından olan Rusiya yığması ilə qarşılaşacaq.
Rusiya - Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.