Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Türkiyə komandasının qapısından topları Melis Sarıaltın və Jalə Məhsimova keçirib.