Ukraynanın Simferepol şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Stalker" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Bayram Budaqovun dublu sayəsində 4:1 hesablı qələbə qazanıb.