Millimiz Ukraynada

Millimiz Ukraynada
İDMAN
13:58 02.04.2012
1550
Boks üzrə milli komandamız Ukraynaya – təlim-məşq toplanışına yollanıb. Olimpiya oyunlarına vəsiqə qazanmış 4 boksçumuzla yanaşı, məşqçilər Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynliyə (81 kq) dəvət göndəriblər.London Olimpiadasında mübarizə aparacaq digər boksçumuz Soltan Migitinova isə hələ ki həkimlər istirahət etməyi tapşırıblar.Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) toplanışdan sonra Kiyevdə keçiriləcək turnirdə mübarizə aparacaqlar. Yığmamız Kiyevdə Konça-Zaspa bazasında hazırlıq keçir.Əgər hər hansı gözlənilməz hadisə baş verməsə, digər beş boksçu aprelin 12-də Kiyevdən birbaşa Trabzona lisenziya yarışına yollanacaq.
OXŞAR XƏBƏRLƏR