Millimizin Avropa çempionatındakı rəqibləri məlum oldu

Millimizin Avropa çempionatındakı rəqibləri məlum oldu
İDMAN
07:47 08.10.2012
1324

Voleybolçu qadınlar arasında 2013-cü il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

AZXEBBER.COM-un məlumatına görə, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin çıxış edəcəyi qrup müəyyənləşib.Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu yarışına qatılacaq baş məşqçi Faiq Qarayevin komandası C qrupunda Rusiya, Xorvatiya və Belarus – Slovakiya görüşünün qalibinə rəqib olub. Komandamız oyunlarını Almaniyanın Drezden şəhərində keçirəcək.Başqa qrupların tərkibi:

A qrupu( Halle/Festfalen, Almaniya): Almaniya, Türkiyə, İspaniya, HollandiyaB qrupu(Surix, İseçrə): İsveçrə, Italiya, Belçika, Ukrayna – Fransa görüşünün qalibiD qrupu(Şverin, İsveçrə): Polşa, Serbiya, Bolqarıstan, Rumıniya – Çexiya görüşünün qalibi

Qeyd edək ki, Avropa çempionatı Almaniya və İsveçrədə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR