Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək Malta - Azərbaycan oyunu canlı yayımlanacaq. AZXEBER.COM-un məlumatına görə, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Qeyd edək ki, Ta Qali milli stadionunda oynanılacaq görüş saat 22:45-də başlayacaq.