Azərbaycan milli komandasının "FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
27 mart 19:00
Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili









































