Millimizin rəqiblərinin müəyyənləşəcəyi tarix açıqlandı

İDMAN
22:18 27.09.2012
1277

2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənəşib.

AZXEBER.COM-un xəbərinə görə, bu haqda “Avro-2016”nın təşkilat komitəsinin rəhbəri Jak Lamber məlumat verib.

Azərbaycan milli komandasının da qatılacağı püşkatma 2014-cü ilin mart ayının 9-da Fransanın Nitsa şəhərində keçiriləcək.

Qeyd edək ki, “Avro-2016”nın final mərhələsini Fransa qəbul edəcək.

Yarışların final mərhələsinin püşkatması isə 2015-ci ili dekabr ayında baş tutacaq. Təşkilat komitəsinin rəhbəri “Avro-2016”nın final mərhələsinin açılış görüşünün 2016-cı ilin iyun ayının 10-u, 11-i və ya 12-də keçiriləcəyini deyib.

OXŞAR XƏBƏRLƏR