Azərbaycan millisinin keçmiş futbolçusu Emin Ağayev Rusiya ordusunda xidmət edə bilər.
49 yaşlı futbol veteranı Ukraynayla müharibə ilə əlaqədar səfərbərlik çərçivəsində qoşun sıralarına çağırılıb.
Qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanan Ağayev zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib.
1992-ci ildə "Neftçi” ilə Azərbaycan çempionu olan müdafiəçi sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan Ağayev bir neçə mövsüm "Səbail”in məşqçilər korpusunda yer alıb.
///Azerisport.com