Millimizin üzvündən acı etiraf

İDMAN
00:12 22.10.2012
1268

Natalya Məmmədova: "Bizdə heç nə alınmadı"

“Dinamo” ilə bizdə praktiki olaraq heç nə alınmadı. Biz ilk tempdə az hərəkət etdik ki, buna görə üçqat blokda oynamaq çətin idi. Bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının oyunçusu Natalya Məmmədova deyib. Cari mövsümdən yenidən Rusiya Superliqasında çıxış edən hücumçusu oynadığı “Omiçka”nın heyətində II turda Kazan “Dinamo”suna uduzduqları matçı şərh edib.Məmmədovanın sözlərinə görə, məğlubiyyət əsas səbəb buraxdıqları səhvlər olub: “Biz vaxtaşırı top qəbulunu da boşa verdik. Topu meydana yaxşı daxil edir, risk edirdik. Əlbəttə, biz çalışırdıq, dalbadal 4-5 xal qazanırdıq. Ancaq öz səhvlərimiz çoxlu idi. Yəqin ki, topu pis qəbul etdiyimizdən kombinasiyalı oyun alınmadı. Yaxşı təşkilatlanmış komandaya qarşı oynamaq çox çətindir”. ///Azərisport

OXŞAR XƏBƏRLƏR