Millimizin yarımmüdafiəçisi ilk qolunu vurdu

İDMAN
09:13 19.02.2025
202
Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Kökcü Finlandiyada çıxış etdiyi HİK klubunun heyətində ilk qolunu vurub.

AZXEBER.COM xəbər verir ki, 26 yaşlı futbolçu dünən ölkə kubokunun KTP ilə matçında fərqlənib. Ozan 72-ci dəqiqədə əvəzetmədən meydana daxil olduqdan cəmi 3 dəqiqə sonra - 75-ci dəqiqədə komandasının dördüncü qolunu vuraraq adını tabloya yazdırıb.

Qeyd edək ki, Ozan Kökcü mövsümün əvvəlində Helsinki təmsilçisinə transfer olunub.
OXŞAR XƏBƏRLƏR