Millimizin yeni baş məşqçisinin adı bəlli oldu

Millimizin yeni baş məşqçisinin adı bəlli oldu
İDMAN
19:49 21.12.2018
6702
Sərbəst güləş üzrə millimizin yeni baş məşqçisinin kimliyi bilinib.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, bu, dağıstanlı Saypulla Absaidov olacaq.

Qeyd edək ki, Absaidov bunadək gənclərdən ibarət millimizin baş məşqçisi idi. O, 2009-2013 və 2014-2016-cı illərdə böyüklərdən ibarət millinin baş məşqçisi olub.

Saypulla Absaidovdan əvvəl bu vəzifəni Firdovsi Umudov yerinə yetirirdi. Umudov federasiyada sərbəst güləş üzrə vitse-prezident vəzifəsini icra edəcək.
OXŞAR XƏBƏRLƏR