Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi
İDMAN
19:58 18.11.2019
26583

Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi növbəti itki ilə üzləşib.

Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan yarımmüdafiəçi Robert Makdan sonra daha bir futbolçu sıradan çıxıb.

Yığmanın baş məşqçisi Pavel Hapal sabahkı qarşılaşmada qapıçı Dominik Qreyfin də xidmətindən yararlana bilməyəcək. Çiynində ağrıları olan "Slovan"ın qolkiperi artıq heyətdən kənarlaşıdırılıb. Onu adaşı - "Jilina"da çıxış edən Dominik Holek əvəzləyib.

 

sportinfo.az

OXŞAR XƏBƏRLƏR