Futbol üzrə Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.
Bu barədə AZXEBER.COM-a AFFA-dan məlumat verilib.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnirin D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Oktyabrın 4-də Litva kollektivi ilə qarşılaşma isə Gəncə stadionunda baş tutacaq.











































