Azərbaycan Futbol Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, "Sumqayıt" klubunun üzvü Pərdis-Fərcad Azad zədəli olduğu üçün avqustun 14-də Malta ilə Bakıda keçiriləcək yoldaşlıq oyununa hazırlaşan komandanın heyətindən kənarda qalıb.Daha əvvəl adı ehtiyat oyunçuların siyahısına daxil edilmış Cavid Hüseynov isə ("Bakı") millinin təlim-məşq toplanışına cəlb olunub.