Millinin oyunları təxirə salındı

İDMAN
16:11 29.10.2012
1137
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının bu gün Avstriya komandası, oktyabrın 31-də isə İsveç yığması ilə keçirməli olduğu oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə,Avstriya - Azərbaycan oyunu oktyabrın 30-da, İsveç - Azərbaycan qarşılaşması isə noyabrın 1-də keçiriləcək.Oyunların başlanma vaxtında dəyişiklik edilməyib. Yığmamızın qrupda ilk oyunu Bakı vaxtı ilə saat 18:00-da, növbəti qarşılaşma isə saat 14:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR