Futbolçular Xətai rayonu 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə gedib, seçimlərini edəcək
2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsini son iki oyununa hazırlaşan Azərbaycan millisinin futboçuları sabah səsvermədə iştirak edəcək. AZXEBER.COM AFFA-nın saytına istinadən məlumatına görə, Azərbaycan milli komandasının üzvləri 9 oktyabr 2013-cü il tarixində Prezident Seçkisində Xətai rayonu 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birlikdə səs verəcəklər.