Tanınmış teleparıcı, İTV-də yayımlanan "Əlaçı" verilşinin aparıcısı İlahə Şıxlınskaya "MilliÖn” terminallarından şikayətlənib.
AZXEBER.COM xəbər verir ki, bu barədə o, feysbuk hesabında status paylaşıb:
Aparıcı şirkət tərəfindən tətbiq edilən faizə qarşı çıxıb:
"Xəbəriniz var ki, artıq MilliÖn terminalları ilə bank hesabınıza qoyduğunuz istənilən məbləğdən faiz çıxılır?! Yəni, tutalım, qoyduğunuz 500 manatdan əlavə üstəlik 5 azn də faiz ödəməlisiniz. Şəxsi kartınıza! Əvvəl konkret limit var idi. Təzəlikcə bunu etdilər - MilliÖn yazır ki, 1 faizdən başlayaraq və daha yuxarı faiz ödəməlisən. Banklar bizi məcbur edir ki, konkret bank terminalından istifadə edək, MilliÖn filan olmasın. Adam bilmir gülsün ya ağlasın”.










































