Milyarder oğlunun toyunda qonaqlara qızıl sandıqlar payladı –FOTOLAR

SOSİAL
17:25 28.03.2016
5467
Azərbaycanda da iri neft aktivlərinə malik olan inquş milyarder, "Russneft" şirkətinin sahibi Mixail Qutseriyev oğlunun toyunda qonaqlara qızıl sandıq paylayıb.
Qutseriyevin oğlunun toyunda hədiyyəni təkcə bəylə gəlin almayıblar. İnquş adətlərinə görə, neft maqnatının ailəsi də qonaqlara hədiyyə verib.
Toyu tərk edən qonaqlar Qutseriyevdən hədiyyə olaraq təmiz qızıldan, dağ xrustalından və Svarovski daşlarından hazırlanış miniatür sandıq alıblar. Sandığın üzərində Qutseriyevin oğlu Səidlə gəlini Xədicə Ujaxovanın toy tarixi həkk olunub.
Sandıqlar xüsusi sifarişlə hazırlanıb və bir dənəsinin qiyməti 165 min dollardır. Toyda cəmi 300 belə sandıq paylanıb, hədiyyələrin ümumi dəyəri 50 milyon rubl - təxminən 800 min dollar olub.
Xatırladaq ki, Qutseriyevin oğlunun toyunda Cenifer Lopes, Enrike İqlesias, Stinq, Patrisiya Kaas və Alla Puqaçova oxuyublar. Toyun davamı Londonda, bəylə gəlinin yaxın dostlarının iştirakı ilə olacaq. Orada isə qonaqları Elton Con və Beyons əyləndirəcəklər.
///virtualaz.org-

OXŞAR XƏBƏRLƏR