Milyarder Peter Thiel: Elon Musk sərvətini Bill Gates-in seçdiyi fondlara yönəltməsin

Milyarder Peter Thiel: Elon Musk sərvətini Bill Gates-in seçdiyi fondlara yönəltməsin
DÜNYA
14:19 10.10.2025
344
ABŞ Prezidenti Donald Trampın tərəfdarlarından Peter Thiel milyarder Elon Muska Bill Gates tərəfindən hazırlanmış xeyriyyə proqramlarına sərvətinin böyük hissəsini verməmək tövsiyəsi verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Thiel bildirib ki, Musk-ın vəsaiti Gates tərəfindən seçilmiş qeyri-kommersiya təşkilatlarına keçə bilər.

Qeyd edək ki, Musk 2012-ci ildən "Giving Pledge” proqramına üzvdür və sərvətinin böyük hissəsini xeyriyyəyə ayırmağı öhdəsinə götürüb. Giving Pledge təşəbbüsü 2010-cu ildə Gates və Warren Buffett tərəfindən yaradılıb və hazırda 29 ölkədən 240-dan çox insan proqramda iştirak edir.
OXŞAR XƏBƏRLƏR