Amerikanın yeni birinci xanımı Melaniya Tramp üçün geyim hazırlamaq öhdəliyi dizyanerləri iki cəbhəyə bölüb.
ABŞ-ın yeni birinci xanımı Melaniya Trampın dizaynerlərlə arasında olan qalmaqal davam edir. Belə ki, bir qrup dizayner bildirib ki, onların üçün birinci xanımla işləmək qürurudur. Digər qrup isə Melaniya üçün geyim hazırlamaqdan imtina edib.
Birinci xanım ətrafında baş verənlərə məşhur modelyer Tom Braun da biganə qalmayıb. O, bildirib ki, Melaniya Trampı geyindirmək onun vətəndaşlıq vəzifəsidir.
Xatırladaq ki, Mişel Obama üçün geyimlər hazırlayan dizayner Sofiya Teallet Donald Trampın seçkiqabağı kampaniyada təbliğ etdiyi irqi və cinsi ayrıseçkiliyi, o cümlədən seksizmin əxlaqi dəyərlər ilə bir araya sığmadığını əsas gətirərək Melaniyanı geyindirməkdən imtina etmişdi.
///Publika.az

Tealletin bu çağırışına Tom Ford, Mark Jakobs, Derek Lam kimi dizaynerlər qoşulmuşdu.

Tommi Hilfigerlə, Stefanno Qabbana isə birinci xanım üçün geyim hazırlamağı böyük şərəf adlandırıb. Tommi Hilfiger Melaniyanı geyindirmək istməyən dizaynerlərin siyasi düşüncələrini tənqid edib və birinci xanımın çox gözəl qadın olduğunu vurğulayıb.










