"Milyon dollarlıq şadlıq sarayı tikirlər, içinə girəndə görürsən ki, hamamdır" - İzzət

"Milyon dollarlıq şadlıq sarayı tikirlər, içinə girəndə görürsən ki, hamamdır" - İzzət
MAQAZİN
12:16 22.04.2025
128
Sevilən müğənni İzzət Bağırov şadlıq sarayları ilə bağlı danışıb.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi yeni açılan toy məkanlarından narazılıq edib.
 
ARB televiziyasında "Günə bax" verilişinə qonaq olan müğənni toylarda keyfiyyətli səslənmənin olmadığını bildirib:
 
"20 il bundan qabaq çox gözəl şadlıq sarayları var idi. İnsan tutumu da az idi, maksimum 200 nəfər yerləşirdi. Şadlıq saraylarının tavanı alçaq idi, yeri də xalçadan olardı. İki ədəd səs gücləndirici ilə böyük toyu idarə etmək mümkün idi. İndiki şadlıq evlərinin yeri daş, tavanı da o qədər hündürdür ki, çıxmağa çalışsan da, çatmazsan. 16 ədəd səs gücləndirici gətirirsən, yenə səslənmənin keyfiyyəti yaxşı olmur. Toy sahibi də narazı qalır səsdən. İndiki saraylarda gözəllik əla ola bilər, amma düzgün tikilmədiyinə görə səslənmə bərbad vəziyyətdədir. Milyonlarla dollar xərcləyib şadlıq sarayı tikirlər, amma içinə girəndə görürsən ki, hamamdır."
 
Aysel
OXŞAR XƏBƏRLƏR