Milyonçu ananın 11 yaşlı qızına estetik əməliyyat etdirməsi birmənalı qarşılanmadı

Milyonçu ananın 11 yaşlı qızına estetik əməliyyat etdirməsi birmənalı qarşılanmadı
DÜNYA
12:32 25.05.2023
368
Milyonçu iş adamı Roxy Jacenko 11 yaşlı qızının kirpiklərini plastik əməliyyat etdirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı milyonçu iş adamı Roxy Jacenko 11 yaşlı qızının kirpiklərini plastik əməliyyat etdirib.
 
Roxy Jacenko, 11 yaşlı qızı Pixie Curtisə kirpiklərin qaldırılması və rənglənməsi üçün icazə verdiyini açıqlayıb.
 
Qızının İnstaqram hesabını idarə edən Jaçenko bu prosedura icazə verməsinin səbəbini "qızının saçları qırmızı olduğu üçün kirpikləri görünmür" kimi izah edib.

Roxy-nin İnstaqramda yerləşdirdiyi şəkildəki prosedurlara kirpikləri yuxarıya doğru bükmək üçün alətlərdən istifadə etmək, daha sonra təbii kirpiklərə daha dolğun və qalın görünüş vermək üçün onlara yarı qalıcı boya tətbiq etmək daxildir.
 
Milyonçu qadının bu paylaşımına xeyli şərh gəlib, və hər kəs qadını bu hərəkətinə görə qınayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR