"The Forbes" jurnalı diplomu olmayan 25 milyarderin reytinqini hazırlayıb. Reytinqə litseyi 17 yaşında tərk edən, "Oskar" mükafatlı məşhur aktyor Robert de Niro başçılıq edir. Diplomsuz milyarderlər arasında boksçu Corc Frimen, model Gisel Bundhen, kompüter texnologiyalarının əfsanəsi Cim Klark, aktyor Sidney Poyter, aktrisalar Uma Turman və Cessika Simpson, iş adamı Fransua Pino, müğənni və bəstəkar Billi Coel, aktrisa Ketrin Zeta-Cons, süd və banan maqnatı Karl Lindner, iş adamı Riçard Brenson, müğənni Körtis Ceyms Cəkson, media maqnatı Larri Flint də var. //QayNar.info