"Milyonları olan deputat maaşından şikayətlənirsə, 70 manat alan təqaüdçü neynəsin bəs?"

"Milyonları olan deputat maaşından şikayətlənirsə, 70 manat alan təqaüdçü neynəsin bəs?"
SOSİAL
17:23 18.11.2016
22916
Son günlər bəzi deputatlar aldıqları maaşdan narazılıq edir. Bu məsələ cəmiyyətdə böyük narazılıqla qarşılanıb. 
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında bəzi millət vəkillərini kəskin tənqid edib. 
O deyib ki, həmin deputatlardan ilk olaraq onu soruşmaq lazımdır ki, sizin yüz milyonluq obyektləriniz hardandır: O deputatlar elə etməsinlər ki, hamısının yüzminlik mülklərinin adını sadalayım. O deputatlar bəzi məmurlar kimi rüşvətin içində itib batırlar. Deputat səlahiyyətlərindən istifadə edirlər. Onların milyardları var. Ona buna "xox" gəlməklə, nazirlərin qapılarını kəsməklə özlərinə dövlətin içində dövlət qurublar. Düşünmürlər ki, 270 manat maaş alan işçi, 250 manat alan həkim yaxud da ki, 70 manat alan təqaüdçü neynəsin. Razı deyillərsə hamısı mandatlarını qoysun yerə çıxıb getsinlər ölkədən.
 
Partiya sədri qeyd edib ki, deputatlar maaşdan əlavə "paket" də alırlar: "Onlar maaşdan əlavə paket alırlar. Onların maaşı 2000 manatla bitmir. Əksəriyyətinin zavodu var, fabriki var, şərikli biznesləri var. Ağlamağa əsasları yoxdu. Sadəcə olaraq gözdən tül asırlar. Onlar bir gün bütün bunlara görə hesab verəcəklər. Özlərini deputat - xalqın təmsilçisi kimi yox, bəzi nazirlərin himayədarları kimi aparırlar. Danışıqları əsasızdır. Görürlər ki, ölkədə iqtisadi çətinlik var hamısı papaqlarını qoyub qaçmaq istəyir. Kişilikləri çatır axıra qədər dursunlar, prezidentə köməklik etsinlər. Onların o cəsarətləri yoxdur. Hamısının milyardları var. Rayonlardakı böyük fermalar, parniklər, böyük bizneslər onlara baxır. Məsələn Hadı Rəcəblini gördünüz Lənkəranın yarısını alıb. Orada hoteli var. Öz heykəlini də o hotelin qabağında qoydurub. Əksəriyyətinin dənizdə mülkləri var. Yəni bu adamlar Azərbaycanın sərvətlərini öz aralarında bölüşdürüblər. Göz qabağındadır qudurğanlıqları. Ona görə də narazı olmamalıdırlar. Düz danışmırlar. Hamısını ifşa etmək lazımdır"
 
Dursun,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
22:08 09.03.2026
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
21:52 09.03.2026
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
21:46 09.03.2026
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
21:25 09.03.2026
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
21:17 09.03.2026
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İyirminci günün duası - İmsak və iftar vaxtı
21:14 09.03.2026
İyirminci günün duası - İmsak və iftar vaxtı
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
20:52 09.03.2026
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
20:40 09.03.2026
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
20:27 09.03.2026
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
20:21 09.03.2026
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
20:19 09.03.2026
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
20:05 09.03.2026
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
20:03 09.03.2026
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
19:49 09.03.2026
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
19:46 09.03.2026
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
19:45 09.03.2026
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub