Mina yay mövsümünü kliplə açdı - VİDEO

Mina yay mövsümünü kliplə açdı - VİDEO
MAQAZİN
10:23 02.06.2025
210
Müğənni Mina Hüseyn yay mövsümünə kliplə açılış edib. 

AZXEBER.COM xəbər verir ki, ifaçı "Fayda" adlı bəstəyə maraqlı ekran işi ərsəyə gətirib.
 
Söz yazarı Həsən Babayev, bəstəkarı Fərid Kərimli olan klipin rejissorluğu Xəyal Murtuzova həvalə olunub.

Bu işinin də uğurlu olacağını bildirən sənətçi, təəssüratlarını bölüşüb: "Fərid Kərimli mənə bu bəstəni göndərən anda dinlədim. Dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, qəlbimə toxundu. Mahnının hər söz və notunda sanki özümü gördüm. Elə bil ki, bu nəğmə mənim uzun zamandır danışmaq istədiyim hisslərin səsi idi. Ona görə də böyük həvəs və sevgi ilə ifa etdim. Bu layihə mənim üçün sadəcə musiqi işi deyil, mənim bir parçamdır. Mahnı mənimlə, daxili dünyamla, yaşantılarımla bağlıdır. Bu nəğməyə ürəyimi qoymuşam. Deyə bilərəm ki, bu sadəcə bir əsərdir. "Fayda" mənim kim olduğumu, necə düşündüyümü və nələri hiss etdiyimi ifadə edir. Hər kəsin özünü görə biləcəyi güzgüdür bu mahnı. Əminəm ki, dinləyicilərimdə xoş təəssürat yaradacaq".
 
 

OXŞAR XƏBƏRLƏR