Tərtər rayonunda minaya düşən 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlunun vəziyyəti ağırdır.
Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, A.Həsənovun sol ayağı amputasiya olunub. Onun sağ baldırının arxa səthinin geniş cırılmış yarası da var. Xəstə əməliyyata alınıb.