Mingəçevirdə dəhşətli qəza: 2 filial müdiri həlak oldu - FOTO

Mingəçevirdə dəhşətli qəza: 2 filial müdiri həlak oldu - FOTO
SOSİAL
00:19 16.10.2022
4270
Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

APA-nın əldə etdiyi xəbərə görə, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.
 

 



OXŞAR XƏBƏRLƏR