Mingəçevir Dövlət Universitetində “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

Mingəçevir Dövlət Universitetində “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO
SOSİAL
13:49 30.04.2022
394
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev aprelin 29-da Mingəçevir Dövlət Universitetində (MDU) "Peşəkarla görüş” layihəsi çərçivəsində keçirilən tədbirin qonağı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, "Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti qəbul edib tələbə və müəllim kollektivi ilə görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.

Müasir qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və rəqəmsallaşmanın diktəedici və həlledici rolundan bəhs edən Şahin Bayramov dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan 4SİM-in bu sahədə ölkəmizin mövqeyinin gücləndirilməsində və aparıcı ölkələr arasında yer almasının təmin edilməsində önəmini diqqətə çatdırıb. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində kadr hazırlığının və tədqiqatların həyata keçirilməsinin universitetin prioritetləri sırasında yer aldığını vurğulayan rektor 4SİM-in rəhbəri ilə görüşün tədbir iştirakçıları üçün faydalı olacağına əminliyini bildirib.

Universitetin professor-müəllim, tələbə və məzun heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edən 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev son dövrdə universitetin müasirləşməsi və günün tələblərinə uyğun kadr hazırlığı istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edib, "Peşəkarla görüş” layihəsini bu baxımdan faydalı platforma kimi dəyərləndirib.

Dünya ÜDM-də rəqəmsal iqtisadiyyatın xüsusi çəkisinin təqribən 15 faiz təşkil etdiyini diqqətə çatdıran Tamerlan Tağıyev Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində başlıca prioritetlər və 4SİM-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Tağıyev bu sahədə müvafiq infrastrukturun və maliyyə resurslarının mövcudluğunun vacibliyi ilə yanaşı, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin və müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının önəmini vurğulayıb.

Gələcək hədəflərlə bağlı fikirlərini bölüşən Tağıyev rəqəmsal iqtisadiyyatın inkişafı və sənayenin rəqəmsallaşdırılması, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq strategiyaların hazırlanması üzrə işlərin davam etdiyini qeyd edib və bu istiqamətdə dövlət, özəl, elm və təhsil, vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Tədbirdə Mərkəzin Təhlil və monitorinq şöbəsinin rəhbəri Mehman Hüseynov smart sənayenin qurulması məsələləri və onun üstünlükləri barədə məlumat verib. Sonra görüş iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə davam edib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tesla yüksəlişdədir, BYD isə mövqelərini itirir
15:41 16.03.2026
Tesla yüksəlişdədir, BYD isə mövqelərini itirir
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə  - DİM açıqlama yaydı
15:39 16.03.2026
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə - DİM açıqlama yaydı
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
15:39 16.03.2026
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
15:27 16.03.2026
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir