Mingəçevir su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı

HADİSƏ
18:16 23.02.2025
276

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR