Mingəçevir su anbarından Kürə buraxılan suyun həcmi artırılıb

Mingəçevir su anbarından Kürə buraxılan suyun həcmi artırılıb
SOSİAL
13:53 16.07.2023
183

Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb. Bu da Kür çayının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 kubmetr artırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək.

Qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.

OXŞAR XƏBƏRLƏR