Mingəçevirdə 8 yaşlı uşaq qızınmaq üçün qaladığı ocağa düşərək yanıb

Mingəçevirdə 8 yaşlı uşaq qızınmaq üçün qaladığı ocağa düşərək yanıb
Bütün Xəbərlər
12:10 28.11.2013
546

Mingəçevirdə azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM-un verdiyi məlumata görə, 8 yaşlı Cavid Həsənov xırda odun parçalarını toplayaraq ocaq yandırıb.Qızınmaq üçün ocağın yanında duran Cavidin ayağı sürüşərək ocağın üstünə düşüb və nəticədə bədəninin 70 faizi yanıb.Ətrafdakı adamlardan biri uşağı ocağın içərisindən çıxarıb Mingəçevir şəhər Uşaq Xəstəxanasına çatdırsa da, ciddi yanıq xəsarətləri almış Cavidin həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR