Mingəçevir şəhərində yataqxanada uçqun hadisəsi baş verib.
AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 821 ünvanında yerləşən beşmərtəbəli yataqxanada qeydə alınıb. Yataqxana binasının tavanı uçub.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən faktı təstiqləyiblər.
İcra Hakimiyyətindən Trend-ə bildirib ki, adıçəkilən yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Problemin aradan qaldırılması üçün iş aparılır.