Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərləndi

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərləndi
11:30 26.12.2025
111
Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Binadakı mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Nabat İsmayılova və qızı, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova dəm qazından zəhərləniblər.

Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətiriliblər və ilkin tibbi yardım göstəriləndən sonra hər ikisi evə buraxılıblar.
OXŞAR XƏBƏRLƏR